"Mançester Yunayted" heyətində yeni futbolçu cəlb edib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Noam Emeranla peşəkar müqavilə imzalanıb.

Bu ilin əvvəlində "Amyen"dən transfer edilən 17 yaşlı hücumçu peşəkar sözləşməyə qol çəkib və əsas komandanın düşərgəsinə qoşulub. O, "qırmızı şeytanlar"la 3 illik anlaşmaya qol çəkib.

Qeyd edək ki, fransalı Noam Emeran zədədən sonra bərpa prosesi keçir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest