Gürcüstanın Tbilisi şəhərində 16 yaşlı voleybolçu qızlar arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında qrup mərhələsi başa çatıb. Matc.az saytı xəbər verir ki, voleybolçularımız A qrupunda mübarizə aparıb.

Emin Əbilovun rəhbərlik etdiyi komanda son matçını Latviyaya qarşı keçirib. Görüş rəqibin 3:0 (25:12, 25:18, 25:15) hesablı qələbəsi ilə yekunlaşıb.

AVRO-2020-yə seçmə statusu da daşıyan yarışda millimiz qrup mərhələsini sonuncu yerdə başa vurub. Yığmamız buna qədər Ukrayna və Rusiyaya 0:3, Gürcüstana isə 1:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı U-17-lər arasında 2020-ci ildə baş tutacaq Avropa çempionatının seçmə mərhələsi (I raund) statusundadı. Yarışın reqlamentinə əsasən, çempion birbaşa Monteneqroda keçiriləcək Avropa çempionatının finalına vəsiqə əldə edəcək. 2020 Avropa çempionatının II seçmə mərhələsində isə reytinq cədvəlində nəticələri yüksək olan 20 komanda mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest