"Keşlə" ilə oyunun 67-ci dəqiqəsində "Sumqayıt"ın meydandan qovulan futbolçusu Orxan Sadıqlı 1 oyun cəzalanıb, klubunu 200 manat ziyana salıb.

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Matç.az saytı xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının XI turunda baş verənlər müzakirə olunub.

"Neftçi" – "Zirə" matçında meydan sahiblərinin 4, qonaqların 5 futbolçuları sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimələnib.

Matçın 85-ci dəqiqəsində "Zirə"nin məşqiçisi Vəfadar Quliyev texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat ziyana düşüb.

"Keşlə" ilə oyunun 67-ci dəqiqəsində "Sumqayıt"ın meydandan qovulan futbolçusu Orxan Sadıqlı 1 oyun cəzalanıb, klubunu 200 manat ziyana salıb.

"Qəbələ"ylə səfər görüşünün 47-ci dəqiqəsində "Qarabağ" azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat ödəməli olacaq.

"Qarabağ"  azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. "Qəbələ"nin təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan qonaqlar tərəfindən ödənilməlidir.unun "Keşlə

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest