Azərbaycan Premyer Liqasının XIII turu "Neftçi"nin futbolçusu Soni Mustuvar üçün əlamətdar olub. Haitili yarımmüdafiəçi Bakı klubunda 50-ci oyununu keçirib. "Səbail"lə səfər görüşünə (0:0) qədər 49 dəfə ağ-qara forma geyinən legioner 3 qol vurub.

Azərbaycan Premyer Liqasının XIII turu "Neftçi"nin futbolçusu Soni Mustuvar üçün əlamətdar olub. Matc.az xəbər verir ki, haitili yarımmüdafiəçi Bakı klubunda 50-ci oyununu keçirib.

"Səbail"lə səfər görüşünə (0:0) qədər 49 dəfə ağ-qara forma geyinən legioner 3 qol vurub. 2018-ci ildən paytaxt təmsilçisinin şərəfini qoruyan Soni Premyer Liqada 39, Azərbaycan kubokunda 4, Avropa Liqasında 7 dəfə şans qazanıb.

O, qollarından ikisini çempionat, birini kubokda vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest