"Planlaşdırdığımız kimi oldu. Çətin oyun olacağını bilirdik. "Sumqayıt" öz meydanında yaxşı oyun sərgiləyir. İlk dövrənin son oyunu idi, uduzmaq istəmirdik. Oyunun keyfiyyətindən razı qalmadım, ancaq komandamı təbrik edirəm"

"Qəbələ"nin məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 14-cü turu çərçivəsində qarşılaşdıqları "Sumqayıt"la oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
"Planlaşdırdığımız kimi oldu. çətin oyun olacağını bilirdik. "Sumqayıt" öz meydanında yaxşı oyun sərgiləyir. İlk dövrənin son oyunu idi, uduzmaq istəmirdik. Oyunun keyfiyyətindən razı qalmadım, ancaq komandamı təbrik edirəm.
 
Oyunu doqquz oyunçuyla bitirdik. Amma burada hakimlik heç nə yox idi. Hər iki qırmızı vərəqə bizim oyunçulara görə oldu. Kodeksə uyğun cəzalanacaqlar. Onların cəzasını özümüz verəcəyik.
 
Futbolçularımıza marağın olması, bizi sevindirir. Müqaviləsi bitən futbolçuların sözləşməsinə yenidən baxılacaq. Oyunçuları komandada saxlamaq istəyirik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest