Azərbaycan Premyer Liqasının XIV turu “Qarabağ”ın futbolçusu Miçel üçün əlamətdar olub. Matc.az xəbər verir ki, tam adı Markus Madera olan ispaniyalı yarımmüdafiəçi Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Bu yubiley “Keşlə” ilə ev matçına (2:2) təsadüf edib. Premyer Liqada 2015/16 mövsümündə debüt edən Miçel indiyədək keçirdiyi 100 qarşılaşmada 16 qol vurub.

Ölkəmizdə yalnız bir klubda çıxış edən yarımmüdafiəçi cari mövsümdən başqa hər çempionatda qol vurub: 2015/16 – 24 oyun (4 qol), 2016/17 – 25 oyun (4 qol), 2017/18 – 23 oyun (3 qol), 2018/19 – 19 oyun (5 qol), 2019/20 – 9 oyun.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest