"Mançester Siti" baş məşqçisi Pep Qvardiola ilə yollarını ayıra bilər. Matc.az saytı xəbər verir ki, bu iddia ilə "Daily Mail" çıxış edib.

Bildirilir ki, ispaniyalı mütəxəssisin klubla müqavilə müddəti 2021-ci ilin yayına qədərdi. Ancaq sözləşmədə yer alan maddəyə görə, Pep bir il əvvəl komandanı tərk edə bilər. çempionlar Liqasının qazana bilməzsə, Qvardiolanın "şəhərlilər"dən getməsi istisna edilmir.

Mançester klubu belə bir hadisə baş verərsə, "Tottenhem"dən qovulan Mauritsio Poçettinonu baş məşqçi postuna gətirməyə çalışacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest