Futbol üzrə Albaniya çempionatında 15-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi "Biliş" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Flamurtari" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
 
Eltun bu görüşün iştirakçısı olmayıb. 
 
"Biliş" 15 turdan sonra 24 xalla 10 komanda arasında 4-cü pillədə qərarlaşıb.
 
Xatırladaq ki, Albaniya klubu Turabovu "Sabah"dan icarəyə götürüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest