Bu gün basketbol üzrə Azərbaycan Super Liqasında 10-cu turun daha iki oyunu baş tutub. Matc.az xəbər verir ki, Atom" "Sıçrayış"la, "Gəncə" "Xırdalan"la qarşılaşıb.
 
"Atom" "Sıçrayış"ı 94:62 hesabıyla məğlub edib. "Gəncə" - "Xırdalan" görüşü isə ikincilərin qələbəsiylə yekunlaşıb – 95:75. 
 
Turun ilk qarşılaşmasında lider "Zirvə" "Sərkərdə" ilə üz-üzə gəlib və inamlı qələbəyə imza atıb – 103:86.
 
"80-lər" - "Atletik" qarşılaşması isə gələn həftə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest