Avropa Voleybol Konfederasiyası beynəlxalq dərəcəli hakim Zaur Hacıyevə növbəti təyinat göndərib. Matc.az xəbər verir ki, təmsilçimiz bu dəfə qadın voleybolçular arasında keçirilən CEV kubokunun 1/16 final mərhələsində iş başında olacaq.

O, "Dinamo" (Kazan, Rusiya) ilə "Potsdam" (Almaniya) arasında cavab görüşündə ikinci hakim funksiyasını yerinə yetirəcək. Dekabrın 18-də Kazanda baş tutacaq oyunda əsas referi isə türkiyəli Bülənt Bozkurt olacaq.

Qeyd edək ki, bu komandaların ilk qarşılaşmasında rusiyalılar 3:2 hesabı ilə qalib gəliblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest