Qadınlardan ibarət "Lokomotiv", "Rabitə", "Telekom", "Azəryol" və Azərbaycanın kişilərdən ibarət yığmasında məşqçi kimi çalışmış Ziya Rəcəbov karyerasını ölkə xaricində davam etdirəcək. 37 yaşlı gənc mütəxəssis İndoneziyanın "Jakarta" klubu ilə anlaşıb.

Qadınlardan ibarət "Lokomotiv", "Rabitə", "Telekom", "Azəryol" və Azərbaycanın kişilərdən ibarət yığmasında məşqçi kimi çalışmış Ziya Rəcəbov karyerasını ölkə xaricində davam etdirəcək. Matc.az xəbər verir ki, 37 yaşlı gənc mütəxəssis İndoneziyanın "Jakarta" klubu ilə anlaşıb.

Rəcəbov Asiya klubu ilə 2019/2020 mövsümü üçün müqavilə imzalayıb. O, "Jakarta" klubunda işinə dekabrda başlasa da, komanda çempionatda ilk matçına yanvarda çıxacaq. Bu da İndoneziyada mövsümün ilin əvvəlində start götürməsi ilə bağlıdı.

Qeyd edək ki, "Lokomotiv"in adı dəyişdirilib və "Murov" adı altında çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest