Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların başlama vaxtı və keçirilmə yeri dəqiqləşib. Matc.az xəbər verir ki, qadın voleybolçuların Super Liqasında I turun ikinci matçı dekabrın 20-nə təsadüf edəcək.

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində sabah baş tutacaq qarşılaşmada "Mübariz" debüt oyununa çıxacaq. Onların rəqibi "Murov" olacaq. Görüşün start fiti 15:00-da veriləcək.

Ertəsi gün eyni saatda zal Yüksək Liqa təmsilçilərinin ixtiyarında olacaq. MOİK "Azərreyl"lə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, I turda Super Liqada "Azərreyl" "Abşeron"a 3:1, Yüksək Liqada "Neftçi" "Murov"a 3:0 hesabı ilə qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest