Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında I tur davam edir. Matc.az xəbər verir ki, bu gün turun ikinci oyunu baş tutub.

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində "Murov"la "Mübariz" üz-üzə gəlib. Bu, "Mübariz" komandasının turnirdə debüt oyunu olub. Qarşılaşma elə "Mübariz"in qələbəsi ilə yekunlaşıb. "Murov"un gücü yalnız 1 setə çatıb.

 

Super Liqa

I tur

20 dekabr

"Mübariz" - "Murov" - 3:1 (25:18, 25:23, 18:25, 25:21)

 

Qeyd edək ki, açılış oyununda "Azərreyl" "Abşeron"u 3:1  hesabı ilə məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest