28 Dekabr 2019, 20:58
TOP OYUNLARI
Yığmamız qonşu ölkədə yoxlama matçında da qüvvəsini sınayacaq. Voleybolçularımızın rəqibi "Fənərbaxça" və "Türk Hava Yolları" klubları olacaq. Bundan sonra Polşaya yollanacaq milli oradakı hazırlıq çərçivəsində yerli yığma ilə üz-üzə gələcək.
Olimpiya lisenziya turnirinə hazırlığı davam etdirən Azərbaycanın voleybol üzrə qadınlardan ibarət milli komandası Bakıdakı təlim-məşq toplanışını başa vurub. Matc.az xəbər verir ki, millimiz bu gün Türkiyəyə yola düşüb.
Voleybolçularımız Vasif Talıbovun baş məşqçiliyi ilə məşqlərin növbəti mərhələsini Türkiyə və Polşada keçəcək.
Yığmamız qonşu ölkədə yoxlama matçında da qüvvəsini sınayacaq. Voleybolçularımızın rəqibi "Fənərbaxça" və "Türk Hava Yolları" klubları olacaq. Bundan sonra Polşaya yollanacaq milli oradakı hazırlıq çərçivəsində yerli yığma ilə üz-üzə gələcək.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları üçün Avropa Olimpiya Təsnifat Turniri gələn il yanvarın 7-12-də Hollandiyanın Apeldorn şəhərində keçiriləcək. A qrupunda yer alan Azərbaycan millisi mübarizəyə ev sahibləri ilə başlayacaq. Ardınca Bolqarıstanla qarşılaşacaq yığma son matçda Polşa ilə üz-üzə gələcək. Digər qrupda isə Almaniya, Türkiyə, Xorvatiya və Belçika qüvvəsini sınayacaq. Yarışın qalibi Olimpiadaya lisenziya qazanacaq.