Voleybol üzrə Azərbaycan millisinin hücumçusu Polina Rəhimova yığmanın düşərgəsinə 2019-cu ilin ən yaxşısı kimi gəlib. Matc.az xəbər verir ki, Braziliyanın "Sesi" klubunda çıxış edən hücumçu Super Liqada 3 nominasiyanı birinci pillədə başa vuraraq, Türkiyədə komandamıza qoşulub.
 
O, 11 matçın 42 setində komandasına 234 xal qazandırıb. Rəhimova orta hesabla hər hissədə yığılan toplarda da birincidi.
 
Voleybolçumuz bu nominasiyada 5,57 faiz göstərici ilə rəqiblərini arxada qoyub. Hücumçu seyv sayında da liderdi. Onun 21 topu komandasına birbaşa xal gətirib.
 
Qeyd edək ki, Rəhimovanın şərəfini qoruduğu "Sesi" 11 matçdan 19 xal toplayıb və 12 komanda arasında 5-cidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest