"Keşlə" ilə oyundan sonra istirahətə buraxılan "Sumqayıt" bu gündən etibarən hazırlıqları bərpa edib. Matç.az saytı xəbər verir ki, "kimyaçılar" baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında bu gün saat ilk məşqə çıxıb.

Müxtəlif yaş qrupları üzrə milli komandaların heyətində olan Əfran İsmayılov, Şəhriyar Əliyev, Süleyman Əhmədov və Murad Xaçayev hazırlıq prosesindən iştirak etməyiblər. Əvəzedici heyətdən isə 6 futbolçu əsas komanda ilə birlikdə hazırlaşıb.

1.5 saat davam edən məşqdə əvvəlcə müxtəlif fiziki hərəkətlər, ardınca isə topla hərəkətlər üzərində çalışılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest