Komandalar qarşılıqlı razılığa əsasən tay-breki oynamayıblar. Beləliklə, yığmamız Vasif Talıbovun rəhbərliyi altında ilk qarşılaşmadan 2:2 hesablı heç-heçə ilə ayrılıb.

Türkiyədə təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama matçını keçirib. Matc.az xəbər verir ki, yığmamız İstanbulda "Fənərbaxça" ilə üz-üzə gəlib.
 
Qarşılaşma voleybolçularımız üçün yaxşı başlayıb. Təmsilçimiz ardıcıl 2 setdə rəqibindən üstün olub – 25:22, 25:23.
 
Ardınca baş məşqçi Vasif Talıbov ehtiyat qüvvəyə də şans verib. Bundan istifadə edən rəqib hesabı bərabərləşdirib – 25:17, 25:23.

Komandalar qarşılıqlı razılığa əsasən tay-breki oynamayıblar. Beləliklə, yığmamız Vasif Talıbovun rəhbərliyi altında ilk qarşılaşmadan 2:2 hesablı heç-heçə ilə ayrılıb.
 
Qeyd edək ki, Olimpiya təsnifat turnirinə hazırlaşan millimiz qardaş ölkədə daha bir sınaq oyunu keçirəcək. Rəqib "Türk Hava Yolları" olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest