Jidkova mövsümün əvvəlində Rumıniyanın "Voley Alba-Blaj" klubundan transfer olunmuşdu. Amma voleybolçumuz "Nilufer Bələdiyyəspor"la qarşılıqlı razılıq əsasında ayrılmağa qərar verib.

Voleybol üzrə Azərbaycan yığmasının üzvü Katerina Jidkova Türkiyənin "Nilufer Bələdiyyəspor" klubundan ayrılıb. Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
Xatırladaq ki, Jidkova mövsümün əvvəlində Rumıniyanın "Voley Alba-Blaj" klubundan transfer olunmuşdu. Amma voleybolçumuz "Nilufer Bələdiyyəspor"la qarşılıqlı razılıq əsasında ayrılmağa qərar verib.
 
Ukrayna əsilli 29 yaşlı voleybolçu daha öncə "Lokomotiv" (Bakı), "Azəryol" və "Azərreyl" klublarında da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest