Futbol üzrə İngiltərə Premyer Liqasında 20-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma keçirilib.
 
Lider "Liverpul" son turda "Mançester Siti"ni məğlub edən "Vulverhempton"la üz-üzə gəlib və minimal hesabla üstün olub. 
 
"Mançester Siti" isə "Şeffild Yunayted"i sınağa çəkib və inamlı qələbəyə sevinib.
 
Turun mərkəzi görüşü Londonda keçirilib. "Arsenal" doğma azarkeşləri qarşısında "çelsi"ni qəbul edib. Hesabı meydan sahiblərinin açdığı görüşdə qonaqlar əzmkar qələbəyə sevinib.
 
İngiltərə Premyer Liqası
20-ci tur
28 dekabr
 
Brayton – Bornmut 2:0
Qol: Cahanbaxş, 3. Muy, 79.
 
Nyukasl – Everton 1:2
Qol: Şar, 56 – Levin, 13; 64.
 
Sauthempton – Kristal Pelas 1:1
Qol: İnqs, 74 – Tomkins, 50.
 
Uotford – Aston Villa 3:0
Qol: Dini, 42; 67. Sarr, 71.
 
Norviç – Tottenhem 2:2
Qol: Vrançiç, 18. Orye, 61-öz qapısına – Eriksen, 55. H.Keyn, 83-pen.
 
Vest Hem – Lester 1:2
Qol: Fornals, 45 – İheanaço, 40. Qrey, 56.
 
Bernli – Mançester Yunayted 0:2
Qol: Marsial, 44. Reşford, 90+5.
 
29 dekabr
 
Arsenal – çelsi 1:2
Qol: Obameyanq, 13 – Jorjinyo, 83. Abraham, 87.
 
Liverpul – Vulverhempton 1:0
Qol: Mane, 42.
 
Mançester Siti – Şeffild Yunayted 2:0
Qol: Aquero, 53. De Breyne, 82.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest