Millətlər Liqası ilə yanaşı bir sıra ölkələr yoldaşlıq oyunlarında güclərini sınayıblar. Matç.az saytının məlumatına görə, belə qarşılaşmalardan biri də Almaniya ilə Rusiya arasında baş tutub.

Leypziqdə, "Red Bull Arena"da keçirilən görüşdə meydan sahibləri 3:0 hesablı qələbə qazanıblar. "Bundestim"in heyətində Sane, Sule və Qnabri fərqlənib.

Digər görüş isə Londonda, əfsanəvi "Uembli" stadionunda keçirilib. Ueyn Runinin milli komanda ilə vida matçında İngiltərə yığması ABŞ-la qarşılaşıb. Bu qarşılaşmada da ev sahibləri böyükhesablı qələbəyə seviniblər – 3:0. Qollara isə Linqard, Aleksandr-Arnold və Uilson imza atıblar.

İrlandiya – Şimali İrlandiya oyununda isə hesab açılmayıb.

 

Yoxlama oyunları

15 noyabr

 

Almaniya – Rusiya – 3:0

Qollar: Sane, 8, Süle, 25, Qnabri, 40

 

İngiltərə - ABŞ – 3:0

Qollar: Linqard, 26, Aleks-Arnold, 27, Uilson, 77

 

İrlandiya – Şimali İrlandiya – 0:0

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest