Niderlandda keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinə hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını başa vurub. Matc.az xəbər verir ki, ötən il dekabrın 25-də Bakıda başlayan çalışmalar Polşada yekunlaşıb.
 
Komandamız burada yerli yığma ilə iki qarşılaşmada gücünü yoxlayıb. Hər iki görüşdə Polşa millisi qalib gəlib. Beləliklə, 11 günlük təlim-məşq toplanışına yekun vurulub. 
 
Millimiz Polşadan öncə Türkiyədə hazırlıq keçib. Voleybolçularımız qonşu ölkədə "Fənərbaxça" və "Türk Hava Yolları" klubları ilə qüvvəsini sınayıb və hər 2 matç heç-heçə ilə bitib.
 
Komandamız bu gün Niderlanda yollanacaq.
 
Qeyd edək ki, Apeldornda baş tutacaq Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya turniri yanvarın 7-12-də olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest