Xatırladaq ki, Jidkova mövsümün əvvəlində Rumıniyanın "Voley Alba-Blaj" klubundan "Nilufer Bələdiyyəspor"a transfer olunmuşdu. Amma voleybolçumuz qışda bu klubdan qarşılıqlı razılıq əsasında ayrılıb.

Voleybol üzrə Azərbaycan yığmasının üzvü Katerina Jidkovanın yeni klubu müəyyənləşib. Matc.az xəbər verir ki, bir müddət əvvəl Türkiyənin "Nilufer Bələdiyyəspor" klubundan ayrılan voleybolçumuz elə bu ölkədə qalmağa qərar verib.
 
O, bundan sonra "Sarıyer Belediyespor"un uğurları üçün çalışacaq.
 
Xatırladaq ki, Jidkova mövsümün əvvəlində Rumıniyanın "Voley Alba-Blaj" klubundan "Nilufer Bələdiyyəspor"a transfer olunmuşdu. Amma voleybolçumuz qışda bu klubdan qarşılıqlı razılıq əsasında ayrılıb.
 
Ukrayna əsilli 29 yaşlı voleybolçu daha öncə "Lokomotiv" (Bakı), "Azəryol" və "Azərreyl" klublarında da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest