08 Yanvar 2020, 14:00
TOP OYUNLARI
"Azərbaycanla görüş zamanı 4-5 xal geridə idik. Məğlub ola bilərdik". Matc.az saytının məlumatına görə, bunu Niderland yığmasının voleybolçusu Culyet Lohuis deyib.
24 yaşlı blokçu Apeldorn şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin ilk görüşündə Azərbaycan üzərində qazanılan 3:0 hesablı qalibiyyəti şərh edib.
O, qələbəni uğurlu pressinqlə əlaqələndirib: "Geri düşdüyümüz anda durmadan təzyiq göstərdik və özünəinamımımız heç vaxt azalmadı. Uğurlu müdafiə olunmağımız qələbəyə olan inamımızı artırdı".