Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunların keçirilmə yeri və başlama vaxtı dəqiqləşib. Matc.az xəbər verir ki, I dövrənin növbəti görüşü sabah baş tutacaq.

Sabah saat 17:00-da MOİK "Murov"u sınağa çəkəcək. Görüş Voleybol Mərkəzində keçiriləcək. Ertəsi gün "Neftçi" "Express"lə münasibətinə aydınlıq gətirəcək. Bu qarşılaşmaya isə FHN-nin idman zalı ev sahibliyi edəcək. Görüşün start fiti saat 14:00-da veriləcək.

Qeyd edək ki, bu oyunlaradək "Neftçi" "Murov"a, MOİK "Azərreyl"ə 3:0 hesabı ilə qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest