"Komandamızda əla ab-hava var. Yığmanın böyük hissəsi uzun müddətdi bir yerdə oynayırıq və bir-birimizi yaxşı tanıyırıq". Matç.az saytı xəbər verir ki, bunu Bosniya və Herseqovinanın U-21 yığmasının futbolçusu Nardin Mulahuseynoviç deyib.

Sloveniyanın "Maribor" klubunda çıxış edən hücumçu noyabrın 19-da Azərbaycan yığmasına qarşı keçiriləcək yoxlama oyunu və matçın hazırlığı barədə fikirlərini açıqlayıb: "Komandanın yaşca böyük üzvləri kimi yenilərə də kömək edirik. Bu komanda yaxşı nəticələr vermək iqtidarındadı. ümid edirəm ki, artıq Azərbaycanla qarşıdakı matçda özümüzü yaxşı tərəfdən göstərəcəyik. Bu qarşılaşmadan yaxşı oyun və müsbət nəticə gözləyirəm".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest