Topaz Premyer Liqası təmsilçiləri "Qarabağ" və "Sumqayıt" arasında yoxlama oyunu keçiriləcək. Matç.az xəbər verir ki, milli komandanın UEFA Millətlər Liqasındakı oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən klublar qüvvələrini sınamaq qərarına gəlib.

Görüş "Azərsun Arena"da baş tutacaq. Matç noyabrın 18-də keçiriləcək. Oyun saat 13:30-da start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest