Portuqaliyanın "Benfika" klubunun futbolçusu Alexandro Qrimaldo karyerasını İtaliyada davam etdirməyə razılıq verib. Matç.az saytı xəbər verir ki, ispaniyalı müdafiəçi 2019-cu ilin yayında "Yuventus"a keçməyə razılaşıb.

Turin klubu bir neçə il bu oyunçunu izləyib və artıq heyətinə qata bilər. Bu keçidin gerçəkləşməsi braziliyalı Aleks Sandro "Yuventus"u tərk etmək ehtimalı ilə bağlıdı.

Qeyd edək ki, 23 yaşlı müdafiəçi "Barselona"nın yetirməsidi. O, 2016-cı ilin əvvəlində 2,1 milyon avroya Lissabon klubuna keçib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest