“Kordoba” klubu Ovusu Kvabena barədə bəyanat yayıb. Matc.az "cordobadeporte.com"a istinadən xəbər verir ki, bu gün klub rəhbərliyinin həll etməli olduğu mövzular müzakirəyə qoyulub.

Mövzulardan biri də “Qarabağ”ın yaxın günlərdə transferini rəsmən açıqlayacağını gözlənən qanalı hücumçu Ovusu Kvabenadır. Bəyanatda İspaniyada transfer müddətinin bitməsinə az vaxt qaldığını və komandanın yeganə hücumçusu Ovusunun artıq ayrıldığı da qeyd edilib.

“Futbolçu komandadan ayrılmaq istədi. “Leqanes”  onu Azərbaycan təmsilçisi “Qarabağ”a verəcəkdir” – deyə, bildirilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest