"Bavariya"nın son vaxtlar uğursuz çıxışı komandada narazılığa səbəb olub. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, futbolçular baş məşqçi Niko Kovaçın idarəçiliyindən məmnun deyillər.

Xüsusən də, yarımmüdafiəçi Hames Rodriges "Ayaks"la çempionlar Liqası matçında cəmi 30 dəqiqə meydanda olmasından narahatlıq bildirib. Onunla yanaşı, Leon Qoretska, Serj Qnabri, Sandro Vaqner və Niklas Süle də xorvatiyalı mütəxəssisin qərarlarını doğru hesab etmirlər. Bundan başqa, məşqçilər korpusunda yer alan almaniyalı Peter Hermannı narazı salan məqam Kovaçın yalnız qardaşı Rober Kovaçla məsləhətləşməsidi.

Qeyd edək ki, "Bavariya" çL-in qrup mərhələsinin II turunda evdə "Ayaks"la bərabərə (1:1) qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest