18 Noyabr 2018, 14:00
TOP OYUNLARI
Qadın həndbolçular arasında "çelenc kuboku"nda 3-cü mərhələ start götürüb. Matç.az saytının məlumatına görə, Azərbaycanı bu turnirdə təmsil edən "Azəryol" dünən ilk oyununu keçirib.
Komandamız "Yenimahalle Bələdiyyəspor"la üz-üzə gəlib. Türkiyə klubu ilə qarşılaşmanın birinci hissəsi bərabərliklə (17:17) nəticələnib. Gərgin mübarizə şəraitində keçən oyunda "Azəryol" çətin qələbə qazanıb – 30:29.
Komandalar arasında cavab oyunu bu gün Ankara THF idman zalında keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə 18:00-da başlayacaq.