Rusiyanın “Ximki” klubuna yeni baş məşqçi təyin olunub. Matc.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin sabiq üzvü Kamran Əliyevin formasını geyindiyi 1-ci divizion klubu Sergey Yurana tapşırılıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Simurq”un sabiq baş məşqçisi ilə müqavilənin detalları açıqlanmayıb.
 
Xatırladaq ki, ukraynalı mütəxəssis 2011-ci ildə “Simurq”un baş məşqçisi olub. Millimizin 21 yaşlı sabiq yarımmüdafiəçisi isə bu mövsüm 23 oyuna çıxıb və 8 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest