AFFA-nın hesabat Konfransından çox mövzu çıxdı. Prosesləri yaxından izləyən oxucular müxtəlif KİV-in təqdim etdiyi fərqli rakurslardan olanların mahiyyəti ilə tanış ola bildilər.


Bir məqam var ki, onu sizinlə... sizi də onunla necə tanış edək.

Vaxtilə hakim kimi qalmaqallarından geri qalmayan Rövşən Əhmədov indi də bəzi hisslərinə hakim ola bilməməyini büruzə verir.

Konfransın səsvermə hissəsində heç ehtiyac olmadan söz istəyib ayağa qalxaraq, "Mən Şimal Regional Futbol Federasiyasının nümayəndəsi kimi təklif edirəm ki, seçkilər açıq keçirilsin" dedi. Buna ehtiyac yox idi. Onsuz Əhmədov bunu desə də, deməsə də, seçkinin qapalı, yaxud açıq olmasına dair səsvermə keçiriləcəkdi və külliyyat açıq səsvermə üçün əl qaldıracaqdı. Sözün kəsəsi, Əhmədovun belə etməsi bərbad alındı.

Futbolumuzun ziyalı zümrəsinin, fikir kütləsinin qıtlığından şikaytləndiyimiz bir ərəfədə bu problemi aradan qaldırmalı olanlardan birinin belə hərəkət eləməsi, yumşaq desək, tragikomediyadır.



Konfrans bitəndən sonra Əhmədovu daha əyləncəli bir məqamda gördük. O, fotoda gördüyünüz kiçik toplardan 3 dənəsini çantasından çıxardığı sellofana yerləşdirməyə çalışırdı. Hiss olunurdu ki, o, bu sellofanı məhz həmin toplar üçün gətirib. Yəni ilin ən böyük futbol hadisəsi olan bu konfransa hərə müxtəlif cür hazırlaşır, Əhmədov da belə...

Bu mini toplardan bütün masalarda adam sayına görə yerləşdirirlər və bu, ənənədir. Hər kəsə bir top düşür. Görünür, Əhmədov ya əlavə 2 topu kimdənsə istəyib alıb, ya da kimsə götürməyib, masada qalıb, o da götürüb. Bütün hallarda birmənalı görünməyən bu səhnənin nəqlində məqsəd nədir – tək Əhmədov yox, başqa nə boyda ad-sanı olan futbol adamlarının da belə hərəkət elədiyini görmüşük. Mahiyyəti 6-7 manat olan o top üçün elə etmək...

Bu səhnəni obrazlı ifadə etsək, belə alınar:  Futbolun inkişafından bəlağətlə danışanların çoxu da belədir. Ən kiçik şeydən də mənfəət ummaq. İnkişafçün bir verdikləri yoxdur, min aldıqları var. futbolpress.az

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest