Azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi "Ufa" klubu Kiprdəki təlim-məşq toplanışı çərçivəsində 6 yoxlama oyunu keçirəcək. Matc.az xəbər verir ki, Rusiyanın Premyer Liqa təmsilçisi Serbiyanın "çukariçki", Latviyanın "Liepaya", Litvanın "Suduva", Ermənistanın "Ararat", "Ararat-Ermənistan" və "Urartu" klublarıyla qarşılaşacaq.
 
"Ufa"da forma geyinən azərbaycanlı futbolçu Azər Əliyev komanda ilə birgə Kiprə yollanıb. Digər azərbaycanlı oyunçu Turqay Möhbalıyev isə heyətdən kənarda qalıb. O, Başqırdıstan təmsilçisinin ikinci komandası ilə hazırlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest