Sabah qadın voleybolçular arasında Azərbaycan I liqasına start veriləcək. Matc.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə qurumun idman zalında keçiriləcək birincilikdə 9 klub mübarizə aparacaq.
 
Mükafatlar uğrunda "Azəri", "Azərreyl-1", "Azərreyl-2", "Abşeron", "Aura", "Sərhədçi", "Loqist" MMG, "Baku Flames" və İOUGİM-7 komandaları qüvvəsini sınayacaq.
 
I liqanın açılış matçı fevralın 1-də təşkil olunacaq. Yarışa "Azərreyl-2" və "Abşeron" klublarının oyunu ilə start veriləcək. Ardınca "Aura" "Azəri" ilə "Azərreyl-1" "Sərhədçi" ilə, "Loqist" MMG "Baku Flames" ilə üz-üzə gələcək.
 
Qeyd edək ki, I liqa 1 dövrədən ibarət olacaq. Ardınca pley-off mərhələsi keçiriləcək.
 
1 fevral
11:00. "Azərreyl-2" – "Abşeron"
12:30. "Aura" – "Azəri"
14:00. "Azərreyl-1" – "Sərhədçi"
15:30. "Loqist" MMG – "Baku Flames"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest