"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. O, 1:1 hesabıyla bitən görüşdən sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən görüşdən sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
"Qış fasiləsindən sonra ilk oyun həmişə çətin olur. Futbolçularımızın əzmkarlığı, tapşırıqları yerinə yetirməsi bizi qane edir. İlk qolu da biz vurduq. Rəqibin ikinci hissədə əks-hücumlara bel bağlayacağını bilirdik. Məncə, bu gün 2 xal itirdik. Oyun qura bilməsəydik, 4-5 qol imkanımız olmazdı. Rəqibin də "Neftçi" olduğunu nəzərə alsaq, pis alınmadı. Sadəcə, sonluq çatmadı. Rəqibin fərqləndiyi epizodda ofsayd olub-olmadığını videoicmala baxdıqdan sonra dəqiq biləcəyik.
 
Hər məşqçi istəyir ki, geniş heyəti olsun. Qarşımıza ciddi məqsədlər qoyuruqsa, heyət geniş olmalıdı. Daxili ehtiyatımız var. Antalyada da heç nədən çəkinmədən onlara üstünlük veririk. Alınacaqsa, avrokuboklar klubumuz üçün pis olmayacaq. Alınmasa da, inanıram ki, bu il çox oyunçu çıxaracağıq.
 
Futbolçunun hər birinə öz yanaşması olmalıdı. çox istedadlı futbolçular var ki, görürsən bir zaman gəlir sönür. Elvin Cəfərquliyev gələcəkdə milli komandanın üzvü də olacaq, buna inanıram.
 
Növbəti turda rəqibimiz "Zirə"di. Bu komanda ilə prinsipiallığım yoxdu. Zaur Həşimov mənim dostumdu. Qışdan sonra ən yaxşı transferləri onlar ediblər və geniş heyətləri var. Rəqibi təhlil edəcəyik, bizim üçün önəmli oyundu".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest