Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 15-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.
 
"Qəbələ" doğma meydanda "Keşlə"ni qəbul edib. üç qolun qeydə alındığı bu matç paytaxt təmsilçisinin xeyrinə başa çatıb. 
 
Lider "Qarabağ" isə səfərdə "Səbail"in qonağı olub. Ağdam klubu matçın sonlarında vurduğu yeganə qol sayəsində mövsümün qalan hissəsinə də 3 xalla başlayıb.
 
Xatırladaq ki, ilk oyun günündə "Zirə" "Sabah"a 2:0 qalib gəlibsə, "Neftçi" - "Sumqayıt" matçında qalib müəyyənləşməyib – 1:1.
 
Azərbaycan Premyer Liqası
15-ci tur
2 fevral
 
Qəbələ – Keşlə 1:2
Qol: İ.Zuniç, 60 - M.Boyoviç, 35. S.M.Kolli, 40.
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev.
Qəbələ şəhər stadionu, 15:00.
 
Qəbələ: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov (k), 74. Yusif Nəbiyev, 4. Sadiq Quliyev, 9. Ehtiram Şahverdiyev, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 19. Rövlan Muradov, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 33. Müşfiq Nadirov,28. Murad Musayev, 14. ülvi İsgəndərov, 12. Abdelrafik Cerard, 55. İdris İnqilablı, 27. Samir Məhərrəmli
Baş məşqçi: Azər Bağırov
 
Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 22. Əfran İsmayılov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 42. Aleksandr Kristova, 30. Şaxruh Qadoyev, 90. Orxan Fərəcov, 97. Xəzər Mahmudov
Baş məşqçi: Tərlan Əhmədov
 
Səbail – Qarabağ 0:1
Qol: M.Emreli, 81.
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Fərid Hacıyev.
"ASCO Arena", 17:30.
 
Səbail: 1. Aleksandr Rıbka, 7. Fəhmin Muradbəyli, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 34. ürfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 10. Maykl Esyen, 16. Peyman Keşavarz, 3. Turan Manafov, 77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 9. Mirsahib Abbasov, 27. Hendrik Ekşteyn, 19. Ruslan Hacıyev, 30. Murad Qayalı, 79. Əli Sadıxov
Baş məşqçi: Aftandil Hacıyev

Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 8. Markos Madera, 17. Abdullah Zubir, 9. Xayme Romero, 3. Aylton Silva, 18. İsmayıl İbrahimli
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 30. Abbas Hüseynov, 7. Araz Abdullayev, 19. Filip Ozobiç, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 27. Kvabena Ovusu, 21. Hacıağa Hacılı, 24. Nihad Tamazov, 71. Toral Bayramov, 29. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest