"Milan" İtaliya A Seriyasının 22-ci turunda bu gün "Verona" ilə qarşılaşacaq.
 
Matc.az xəbər verir ki, "qırmızı-qaralar" sözügedən qarşılaşmada Simon Kyaer və Zlatan İbrahimoviçin köməyindən istifadə edə bilməyəcək.
 
Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun saytına açıqlamasında deyib. O, hər iki futbolçunun xəstələndiyini və bu səbəbdən də bu gün meydanda olmayacaqlarını bildirib.
 
"Milan" – "Verona" matçına saat 18:00-da start veriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest