Kişi voleybolçular arasında Azərbaycan I liqasında 3-cü turun qarşılaşmaları keçirilib. Matc.az xəbər verir ki, son iki gündə baş tutan oyunlar fərqli məkanlarda təşkil olunub.
 
Müəyyən müddətdən sonra komandalar əyalətdə üz-üzə gəliblər. "Ağsu" rəqibini doğma divarlar arasında qəbul edib. Digər görüşlərin ev sahibi Bakıda "Murov"un bazası olub. Qarşılaşmaların heç birində gözlənilməz nəticə qeydə alınmayıb.
 
Liderlər çıxışlarını 3 xalla başa vurublar. Maraqlıdı ki, hər 4 oyun cəmi 3 set oynanılıb.
 
Son çempion "Taleh-A.T" "Veteran44" klubuna "quru hesabla" qalib gəlməklə, liderliyini möhkəmlədib. Onlar xallarının sayını 9-a çatdırıblar. "Taleh-A.T" komandasını izləyən "Ağsu" da meydandan 3:0 hesablı qələbə ilə ayrılıb. Mövsümdə ilk dəfə yerli publika önündə çıxış edən voleybolçular "Memarlıq və İnşaat Universiteti"ndən üstün olublar və yalnız set fərqində "Taleh-A.T"dan geri qalırlar.
 
Liderlər kimi, "Araz 2011" və "Əlincə" də turu aktivlərinə yazıblar. Onlar müvafiq olaraq, "Azəri" və "Tibb Universiteti"ndən üstün olublar.
 
3-cü tur
 
1 fevral
 
"Ağsu" - "Memarlıq və İnşaat Universiteti" - 3:0 (25:21, 25:14, 26:24)
 
2 fevral
 
"Azəri" - "Araz 2011" - 0:3 ( 11:25, 24:26, 16:25)
 
"Əlincə" - "Tibb Universiteti" - 3:0 (25:19, 25:19, 25:20)
 
"Taleh-A.T" - "Veteran44" - 3:0 (25:19, 25:19, 25:11)
 
Turnir cədvəli:
 
"Taleh-A.T" (9-0) "Ağsu" (9-2) – hər ikisi 9 xal, "Araz 2011" (6-3), "Əlincə" (6-4) – 6, "Veteran44" (4-8), "Memarlıq və İnşaat Universiteti" (3-8) – 2, "Azəri" (3-9), "Tibb Universiteti" (3-9) – 1.
 
Qeyd edək ki, I liqa yarışları 1 dövrədən ibarət olacaq. Ardınca pley-off mərhələsi keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest