Topaz Premyer Liqasının XII turunun oyun cədvəli açıqlanıb. Matç.az saytı xəbər verir ki, turun oyunları 2 gün ərzində baş tutacaq.

Tura son ölkə kubokunun finalçıları "Keşlə" və "Qəbələ" arasında matçla start veriləcək. Noyabrın 24-də başlayacaq turun digər oyununda "Qarabağ" "Sabah"ı sınağa çəkəcək.

Digər iki matç isə ertəsi gün baş tutacaq.

Topaz Premyer Liqası

XII tur

24 noyabr (şənbə)

16:30.  "Keşlə" – "Qəbələ"
"ASK Arena"

19:00. "Qarabağ" – "Sabah"
Tofiq Bəhramov adına Respublika Stadionu

25 noyabr (bazar)

17:00. "Səbail" – "Neftçi"
"Bayıl Arena"

19:00. "Zirə" – "Sumqayıt"
"Dalğa Arena"

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest