Basketbol üzrə Azərbaycan Super Liqasında 16-cı turun oyunları təxirə salınıb. Bu barədə Azərbaycan Basketbol Federasiyasının rəsmi saytı məlumat yayıb

Basketbol üzrə Azərbaycan Super Liqasında 16-cı turun oyunları təxirə salınıb.
 
Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Qeyd olunur ki, fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərlə bağlı AzTU-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bununla əlaqədar Super Liqanın 16-cı turunun oyunları başqa vaxta təyin ediləcək.
 
Sözügedən turun oyunları fevralın 7 və 8-də keçirilməli idi. çempionatın görüşləri məhz Texniki Universitetin idman zalında təşkil olunur.
 
15 turdan sonra turnir cədvəlindəki vəziyyət belədi:
 
1. Zirvə Astara - 28 xal
2. Atom - 26
3. Sərkərdə - 23
4. Xırdalan - 22
5. Gəncə - 22
6. Atletik Baku - 21
7. Sıçrayış - 21
8. 80-lər - 14

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest