Bu gün AVRO-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı təqdimat mərasimi keçirilib. Matc.az xəbər verir ki,  “Şamaxı Palace” otelində təşkil olunmuş tədbirdə turnirin bilet satışı haqqında da məlumat verilib.

Bildirilib ki, 125, 75 və 30 avro olmaqla, üç kateqoriyalı biletləri internet vasitəsiylə əldə etmək mümkündü. Mart ayından isə fiziki olaraq satış mümkün olacaq.

Bundan başqa, tədbirdə Bakıdakı qarşılaşmalara 118 840 biletin satıldığı açıqlanıb. Onlardan 19059-u Uels – İsveçrə, 32000-i Türkiyə – Uels, 30147-si İsveçrə – Türkiyə, 37634-ü isə 1/4 final oyununadır. Biletlərdən hərəyə 8 000-i iştirakçı komandalar, qalanları isə ictimaiyyət üçün nəzərdə tutulur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest