Tanınmış cinah müdafiəçisi Xuan Kuadrado "Milyonarios"un oyunçusu olub.

Matc.az xəbər verir ki, bu barədə Kolumbiya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, müqavilənin müddəti 10 ay – 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Kuadrado "Milyonarios"a azad agent statusu ilə keçib.

38 yaşlı müdafiəçinin əvvəlki klubu 2025/26 mövsümünü keçirdiyi, heyətində 21 matçda 1 qol vurduğu "Piza" olub. Cari ilin iyul ayında veteran futbolçu azad agent statusu alıb.

Kuadrado daha çox 2015–2023-cü illərdə "Yuventus"dakı çıxışları ilə tanınır. O, həmçinin "İndependiente Medellin", "Udineze", "Leççe", "Fiorentina", "İnter" və "Atalanta"nın şərəfini qoruyub.

Veteran oyunçu 2010–2023-cü illərdə Kolumbiya millisinin heyətində 116 matç keçirib və 11 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest