Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova Macarıstanın "Vaşaş" klubunun heyətində ölkə kubokunu qazanıb. Onun formasını geyindiyi komanda finalda "Nyireqiaza"nı 3:1 (27:25, 25:17, 24:26, 28:26) hesabı məğlub edib

Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova Macarıstanın "Vaşaş" klubunun heyətində ölkə kubokunu qazanıb. Matc.az xəbər verir ki, onun formasını geyindiyi komanda finalda "Nyireqiaza"nı 3:1 (27:25, 25:17, 24:26, 28:26) hesabı məğlub edib.
 
Yığmamızın kapitanı Ayşən Abduləzimova bununla bağlı fikirlərini bölüşüb: "Mövsüm mənim və komandam üçün çox ağır keçir. Oyunlarımızın sayı çoxdu. ölkə çempionatı ilə bərabər çempionlar Liqası (artıq bitib) və kubok oyunlarında da çıxış edirdik. Dünənki qarşılaşma mövsümdə 31-ci matçımız idi. ötən il biz ölkə kubokunda üçüncü yerin sahibi olmuşduq. "Vaşaş"la bu mövsüm üçün müqavilə imzalayarkən özümə söz vermişdim ki, bu il kuboku qazanacam. Şükürlər olsun ki, istəyimi həyata keçirə bildim. Dünənki final görüşü bəlkə də karyeramın ən yaxşı oyunu oldu. Hazırda çempionat davam edir. Turnir cədvəlinin üçüncü pilləsindəyik. Məqsədimiz isə çempion olmaqdı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest