14 Fevral 2020, 22:43
TOP OYUNLARI
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib.
Matc.az xəbər verir ki, I dövrə çərçivəsində keçiriləcək matçlar fevralın 15-də Bakıda təşkil olunacaq.
Günün ilk qarşılaşmasında "Azərreyl" və "Xilasedici" klubları üz-üzə gələcəklər. Qarşılaşma saat 14:00-da başlayacaq. Bu matçdan 2 saat sonra MOİK "Sərhədçi"ni sınağa çəkəcək.
Hər iki görüş FHN-nin İdman-Sağlamlıq Kompleksində oynanılacaq.
Qeyd edək ki, Yüksək Liqadan fərqli, Super Liqanın növbəti qarşılaşmaları Qubada olacaq.