Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.
 
Turun açılış görüşündə "Qarabağ" səfərdə "Zirə" ilə qarşılaşıb. Ağdam klubu qəsəbə təmsilçisini darmadağın edib - 6:0.  Günün digər oyunu isə Sumqayıtda baş tutub. "Kimyaçılar" evdə  "Sabah"ı qəbul edib. Bu oyunda da qonaqlar qələbəyə seviniblər.
 
Qeyd edək ki, tura sabah keçiriləcək 2 görüşlə yekun vurulacaq.
 
15 fevral
 
"Zirə" –" Qarabağ" 0:6
Qol: Bədavi Hüseynov, 4, Xayme Romero, 11, Mahir Emreli, 15, Aylton Silva, 29, Abdullah Zubir, 61, Maqaye Geye, 85
Qırmızı: Cavid Hüseynov, 68
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu
 
"Sumqayıt" – "Sabah" 1:2
Qol: Əmir Ağayev, 90+1 - Şakir Seyidov, 59. Ozan Can Kökcü, 62.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Fərid Hacıyev
"Kapital Bank Arena"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest