"Bura gəldiyim ilk gündən hücum futbolu oynatmağa çalışmışam. İstəmərəm ki, komanda 90 dəqiqə müdafiədə oynasın. Futbol gözəlliyi sevir"

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, əyalət təmsilçisinin çalışdırıcısı 1:3 hesabıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları deyib:
 
"Son oyunlardakı uğursuzluğu sırf müdafiə xətti ilə bağlamazdım. İbrahim Niassenin gedişindən sonrakı boşluğu doldura bilməmişik. Bu komanda oynamağı bacarır və potensialımız var. Yeni transferlər komandaya gec qoşuldu. Onlara da vaxt lazımdı. 
 
Bura gəldiyim ilk gündən hücum futbolu oynatmağa çalışmışam. İstəmərəm ki, komanda 90 dəqiqə müdafiədə oynasın. Futbol gözəlliyi sevir. 
 
ümumi baxanda, oyun normal idarə olundu. Bu baxımdan, hakimlərə yox, öz futbolçularıma etirazım var ki, diqqəti, nəzarəti tez itirirlər. Bunun da nəticəsində lazımsız vərəqələr alırlar".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest