U21 millimizin üzvü Fərid Nəbiyevin formasinı geyindiyi "Viktoria" (Zizkov) komandası təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, Zizkov təmsilçisi "Slovan" (Velvari) komandasını 2:0 hesabı ilə məğlub edib.

Görüşün ilk hissəsində vurulan qollar oyunun taleyini həll edib. Nəbiyev də qələbənin iştirakçısı olub. O, qarşılaşmaya əsas heyətdə başlamasa da, ikinci hissə meydana daxil olub.

Qeyd edək ki, 21 yaşlı futbolçu komandası ilə keçirdiyi yoxlama görüşlərində 4 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest