17 Fevral 2020, 10:51
FUTBOL
Azərbaycan Premyer Liqasının XVII turunun "Zirə" – "Qarabağ" oyununda 6:0 hesablı qələbə qazanan qonaqların 6 futbolçusu qol sevinci yaşayıb. Matc.az xəbər verir ki, bu, Ağdam təmsilçisinin ölkə çempionatlarındakı çıxışları tarixində ikinci belə hadisədir.
İndiyədək yalnız bir dəfə "Qarabağ"ın 6 üzvü eyni matçda qol vurub. 2012-ci il avqustun 19-da "Sumqayıt"la səfər oyununda 6:1 hesabı ilə qalib gələn ağdamlıların qollarına fərqli futbolçular imza atmışdı.
Həmin vaxt Riçard Almeyda, Rəşad Sadiqov birinci, Vüqar Nadirov, Muarem Muarem, İlqar Qurbanov və Namiq Yusifov ikinci hissədə fərqlənib.