"Yuventus" A Seriyasının 24-cü turunda evdə "Breşia"nı məğlub edib (2:1). Matc.az xəbər verir ki, bu qələbə Turin təmsilçisi üçün əlamətdar olub.
 
Belə ki, Maurisio Sarrinin rəhbərlik etdiyi komanda cari mövsümdə 17 ev oyununda 16-cı qələbəsini qazanıb. 61 yaşlı mütəxəssis "Yuventus" un tarixində bu uğura imza atan ikinci məşqçi olub. Bu nəticəni əldə edən ilk məşqçi 1960-cı ildə  Karlo Parola olub. 
 
Qeyd edək ki, "Yuventus" 57 xalla turnir cədvəlində liderlik edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest