Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların başlama vaxtı və keçiriləcəyi yer müəyyənləşib. Fevralın 18-dən həm Super Liqada, həm də Yüksək Liqada ardıcıl 4 gün qarşılaşmalar təşkil olunacaq

Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların başlama vaxtı və keçiriləcəyi yer müəyyənləşib.
 
Matc.az xəbər verir ki, fevralın 18-dən həm Super Liqada, həm də Yüksək Liqada ardıcıl 4 gün qarşılaşmalar təşkil olunacaq.
 
Buna Gürcüstan komandalarının Bakıya gəlməsi səbəb olub. Bu gün paytaxtımıza gələn qonşu ölkə təmsilçiləri sabahdan çempionatda mübarizəyə başlayacaqlar. Oyunlara iki arena - Dərnəgül Voleybol Mərkəzi və "Sərhədçi" Olimpiya İdman Mərkəzi ev sahibliyi edəcək.
 
Azərbaycan çempionatı
Super Liqa, qadınlar
 
18 fevral

15:00. "Mübariz" – Gürcüstan
Dərnəgül Voleybol Mərkəzi
 
19 fevral

15:00. "Azerreyl" – Gürcüstan
Dərnəgül Voleybol Mərkəzi
 
20 fevral

15:00. UNEC – Gürcüstan
Dərnəgül Voleybol Mərkəzi
 
21 fevral

15:00. "Abşeron" – Gürcüstan
Dərnəgül Voleybol Mərkəzi
 
Azərbaycan çempionatı
Yüksək Liqa, kişilər
 
18 fevral

14:00 Express – MOİK
Sərhədçi Olimpiya İdman Mərkəzi

16:00 Azərreyl – Neftçi
Sərhədçi Olimpiya İdman Mərkəzi

17:00 Murov – Gürcüstan
Dərnəgül Voleybol Mərkəzi
 
19 fevral

17:00. "Xilasedici" – Gürcüstan
Dərnəgül Voleybol Mərkəzi
 
20 fevral

17:00. "Neftçi" – Gürcüstan
Dərnəgül Voleybol Mərkəzi
 
21 fevral

17:00. MOİK - Gürcüstan
Dərnəgül Voleybol Mərkəzi

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest